Logo

“Azərbaycan qanunvericiliyinin əsasları” təlimi

Mühafizəçilər “Azərbaycan qanunvericiliyinin əsasları”nın mənimsənilməsi nəticəsində lazımi bilik və bacarıqlarla təmin edilirlər.

2 gün
5-15
3 il
Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimin məqsədi

Mühafizəçilər mühafizə xidmətlərinin göstərilməsində müştərilərinin qanuni hüquq və mənafelərinin təmin edilməsini, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin vacibliyini bilməlidirlər. İnsan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, demokratik bir cəmiyyətin əsasını təşkil edir. Mühafizə xidmətlərinin təmsil etdiyi təşkilatlar və ya şəxslər, təhlükəsizlik tədbirləri göstərərkən və hüquq-mühafizə əməliyyatları icra edərkən buna diqqət etməlidirlər.

Mühafizəçilər “Azərbaycan qanunvericiliyinin əsaslarını” bildikdən sonra, fəaliyyətlərini daha dəqiq və daha effektiv bir şəkildə həyata keçirmək üçün hazır və məsləhətli olurlar. Bu, ölkədə ədalət, səmimiyyət və qanuniyyətin qorunmasına töhfə verir.

Nə öyrənəcəm

·       Özəl mühafizə fəaliyyəti sahəsində qanunvericiliyin əsaslarının və mühafizəçilərin fəaliyyətini

      tənzimləyən normativ hüquqi aktlarının öyrənilməsi;

·       Mühafizəçilərin hüquqi statusu və fəaliyyətinin təşkilati əsasları haqqında biliklərin əldə etməsi;

·       Qorunan obyektlərin təhlükəsizliyini təmin etmək üçün risklərin qiymətləndirilməsi,

      uyğun təhlükəsizlik tədbirlərinin görülməsi və təhlükəsizlik planlarının hazırlanmasına dair biliklərin olması;

·       Özəl mühafizə fəaliyyətinin monitorinqi və nəzarəti üçün tələblər barədə biliklərin əldə etməsi;

·       Müxtəlif peşə vəziyyətlərində hüquqi cəhətdən səlahiyyətli qərarlar qəbul etmək və asayişin

       təmin edilməsində hüquq-mühafizə orqanlarına kömək etmək bacarığının olması. 

Mövzular

·       Azərbaycan Respublikasının Konstitusiyasının Mühafizə fəaliyyəti haqqında Qanunvericiliyi.

·       Hüquq pozuntusunun növləri.

·       Təhlükəsizlik və insan haqları.

·       Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 avqust 2007-ci il tarixli 127-ci saylı

      qərarı (xüsusi vasitələrdən istifadə qaydaları).

·       Mühafizəçinin hüquq və vəzifələri.

·       Cinayət əsasları.

·       İnzibati xətalar qanunvericiliyinin əsasları.

·       Mülki və əmək qanunvericiliyinin əsasları.

"EDULINE" Əlavə Təhsil Müəssisəsi

Eduline əlavə təhsil müəssisəsi mərkəzində formu dolduraraq qeydiyyatdan keçin, tədris proqramları ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.

Qeydiyyatdan keçin