"Özəl mühafizə" təlimi
Təlim prosesində siz mühafizə obyektlərində etibarlı mühafizənin təşkilini, təhlükəsizlik rejimi qaydalarının təmin edilməsini və düzgün qurulmasını öyrənəcək, obyektlərin, orada olan insanların, əmlakın, maddi dəyərlilərin və informasiyanın təhlükəsizliyini təmin etmək üçün tədbirlər kompleksini öyrənəcək, həmçinin praktik ekspertin köməyi ilə mühafizə obyektlərində istənilən xarici və daxili təhlükələrin qarşısını almaq və ya zərəri minimuma endirməyə kömək edəcək rejimi təşkil etmək bacarıqlarına yiyələnəcəksiniz.
Təlimin məqsədi
Özəl mühafizə sahəsində fəaliyyət göstərən heyətin müvafiq sahə üzrə baza biliklərinə yiyələnməsi və onların peşəkarlıq səviyyəsinin artırılması.
Nə öyrənəcəm
· Xidmətin təşkilinin hüquqi əsaslarını;
· Müxtəlif obyektlərin təhlükəsizlik rejimlərini;
· Obyektlərin mühafizəsi zamanı istifadə olunan texniki və xüsusi vasitələri, həmçinin onlardan istifadə qaydalarını;
· Obyektin təhlükəsizliyinin təmin edilməsi və rejimin təşkili üçün həyata keçirilən tədbirlərin məqsədəuyğunluğunu qiymətləndirmək;
· Obyektin təhlükəsizliyinə xələl gətirən təhdidləri və onlara qarşı görüləcək tədbirləri müəyyən etmək;
Mövzular
· Özəl mühafizə sahəsində qanunvericilik.
· AR Konstitusiyası
· AR “Qeyri dövlət (özəl) mühafizə fəaliyyəti haqqında AR-nın Qanunu
· Beynəlxalq Konvensiyalar
· Xüsusi hazırlıq.
· Mühafizə xidmətinin əsasları;
· Buraxılış və obyektdaxili rejim qaydalarının təmin edilməsi;
· Fəaliyyətin prinsipləri;
· Mühafizə xidməti əməkdaşlarına dair qadağalar;
· Risk analizi. Təhlükəsizliklə bağlı risklərin qiymətləndirilməsi və idarə olunması;
· Təhlükəsizlik sistemi. Girişə nəzarətin üsul və qaydaları (access control);
· Nəzarət-buraxılış məntəqəsində xidmətin aparılması;
· Patrul keşiyi. Dairə yoxlama qaydaları;
· Mühafizə olunan obyektə qeyri-qanuni daxil olmaq cəhdinin qarşısının alınması;
· Fərdi yoxlama-baxış aparılması. Avtonəqliyyat vasitələrinin yoxlanılması qaydaları;
· Baş vermiş hadisələrin qeydiyyatı. Konfidensial məlumatların qorunmasına dair tədbirlər;
· Fövqəladə hadisələr və onların növləri. Fövqəladə hadisələr zamanı hərəkət tərzləri;
· Partlayıcı qurğular. Partlayıcı qurğuların əsas əlamətləri;
· Şübhəli şəxslərin müəyyən olunması;
· Partlayış, girova alma ilə terror əməlləri ilə hədələmə zəngləri zamanı hərəkət tərzi;
· Cinayətkarlıq və beynəlxalq terrorçuluq;
· Sənədlərin yoxlanılması qaydaları. Saxta və başqasına məxsus sənədlərin müəyyən edilməsi;
· Mühafizə (təhlükəsizlik) sisteminin mərhələləri;
· Açar nəzarəti (key control);
· Fiziki baryerlər;
· Elektron mühafizə (təhlükəsizlik) cihazları;
· Post, onun növləri;
· Təhlükəsizlik-videomüşahidə sistemi (CCTV);
· Növbətçilik anlayışı;
· Obyektlərin əhəmiyyət kateqoriyaları;
· Peşə etikası.
· Mühafizə xidməti əməkdaşının şəxsi və işgüzar keyfiyyətləri
"EDULINE" Əlavə Təhsil Müəssisəsi
Eduline əlavə təhsil müəssisəsi mərkəzində formu dolduraraq qeydiyyatdan keçin, tədris proqramları ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.Qeydiyyatdan keçin