Logo

Xəbərlər

05.04.2024

“GESCO” ASC və “EduLine” Əlavə Təhsil Müəssisəsi MMC arasında birgə əməkdaşlıq

“GESCO” ASC  və “EduLine” Əlavə Təhsil Müəssisəsi MMC arasında birgə əməkdaşlıq haqqında saziş bağlanmışdır. Bu əməkdaşlığın hər iki şirkət üçün yeni perspektivlər açacağına və hər iki şirkətə xidmət bazarında öz mövqelərini möhkəmləndirməyə imkan verəcəyinə inanırıq.

“EduLine” və “GESCO” arasındakı əməkdaşlıq tələbələr və mütəxəssislər üçün keyfiyyətli təhsil almaq və mühafizə sahəsində bacarıqlarını inkişaf etdirmək üçün unikal imkan yaradır. Qeyd edək ki, hər iki şirkət innovasiyalara açıqdır və öz xidmətlərini təkmilləşdirmək üçün daim çalışır.

Əminik ki, bu tərəfdaşlıq həm müştərilərimizə, həm də şirkətlərin özlərinə çox fayda gətirəcək. Biz birlikdə işləməyi səbirsizliklə gözləyir, birlikdə öz xidmət sahələrimizdə yeni zirvələrə çata biləcəyimizə guman edirik.